Rusiya-Çin sərhədindəki nəqliyyat vasitələrinin keçid məntəqəsində sərnişin axınının artması səbəbindən növbələr yaranıb.
Qaziler.az bildirir ki, Rusiyanın Harbin şəhərindəki Baş Konsulluğu bu barədə 5 yanvarda məlumat verib.
"Baş Konsulluq 4 yanvar axşamı Mancuriya sərhəd keçid məntəqəsinin qarşısında avtobus növbəsinin dayanması ilə bağlı Rusiya vətəndaşlarından şikayətlər alıb", - bu barədə TASS xəbər verir.
İdarə bildirib ki, problem sərnişin axınının kəskin artması ilə bağlıdır. Məlumata görə, 4 yanvar tarixində 3000-dən çox sərnişin keçid məntəqəsindən Çinə daxil olub, 2716 sərnişin isə çıxıb. Diplomatik nümayəndəlik əlavə edib ki, keçid məntəqəsi 5 yanvar tarixində adi rejimdə fəaliyyət göstərib.
QAZİLER.AZ