AZ

Qəzada xəsarət alan Sərxanın vəziyyəti açıqlandı

Dekabrın 25-də baş verən yol nəqliyyat hadisəsi nəticəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb. 

Mərkəzi Klinik Xəstəxanadan bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: "Sərxan Hüseynli pediatrik reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır”.

Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.
Seçilən
87
10
7news.az

10Mənbələr