AZ

Taksilərin qiymətləri artacaq? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Benzin qiymətinin 5 qəpik, dizel qiymətinin 10 qəpik artması ictimai nəqliyyat, xüsusilə də taksi qiymətlərində öz əksini tapacaq".

Bunu Banco.az-a açıqlamasında iqtisadçı Kənan Quluzadə deyib.

"Lakin nəzərə almaq lazımdır ki, sonuncu dəfə taksi qiymətləri 2025-ci ilin təxminən avqust-sentyabr aylarında tənzimlənib və artım olmuşdur. Düşünürəm ki, bu qədər qısa müddət öncə artım olubsa, bu, taksi qiymətlərinə hələlik bir təsirini göstərməyəcək. Baxmayaraq ki, neft qiymətləri, benzin və dizel qiymətləri artıb. Lakin zaman keçdikcə birmənalı şəkildə bu, taksi qiymətlərinə hansısa dəyişiklikləri gətirə bilər", - iqtisadçı qeyd edib.

K. Quluzadənin sözlərinə görə, benzin və dizel qiymətlərinin yüksəlməsi ilk növbədə nəqliyyat sektoruna, daha sonra isə nəqliyyatla bağlı olan ərzaq təhlükəsizliyinə və digər xidmət sahələrinə təsir göstərir:

"Ümumiyyətlə, nəqliyyat xərclərinin artması həmişə həm makro, həm də mikroiqtisadi səviyyədə qiymət artımlarına gətirib çıxarır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
21
22
banco.az

10Mənbələr