Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bayram günlərində Azərbaycanda qeyri-iş günləri ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri 230 yanğına çıxış, 46 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.
Dogru.az xəbər verir ki, Nazirlik məlumat yayıb. Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.
Bayram günləri ərzində FHN-in qüvvələri tərəfindən 8-i azyaşlı olmaqla ümumilikdə 81 nəfər xilas olunub, 3 nəfər xəsarət alıb, hadisələr zamanı isə 6 nəfər həyatını itirib.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.