Bərdə şəhəri Qasımbəyli kəndi ərazisində zibil poliqonu təhlükə yaradıb.
NOCOMMENT.az xəbər verir ki, poliqonda toplanan məişət tullantıları zaman-zaman ya öz-özünə alışır, ya da yandırılır. Nəticədə yaranan qalın tüstü Bərdə şəhərini və ətraf kəndləri bürüyür.
Bu vəziyyət havanın çirklənməsinə, nəfəs almaqda çətinliyə və üfunət qoxusunun yaşayış məntəqələrinə yayılmasına səbəb olur.
Məsələnin miqyası nəzərə alınarsa, problemin bərdəlilərin öz gücü ilə həll edilməsi mümkün deyil. Bu səbəbdən sakinlər dövlət qurumlarına müraciət edərək məsələyə diqqət ayrılmasını və dəstək göstərilməsini xahiş ediblər.
Mütəxəssislərin fikrincə, poliqonun müasirləşdirilməsi, alternativ əraziyə köçürülməsi və ya tullantıların düzgün, ekoloji normalara uyğun idarə olunması istiqamətində təcili tədbirlər görülməlidir. Çünki hazırkı vəziyyət birbaşa insanların sağlamlığı üçün təhlükə yaradır.
Videonu təqdim edirik: