Tehran polisi İsrail xarici kəşfiyyat xidməti (Mossad) ilə əlaqədə olduğu iddia edilən bir nəfəri həbs edib.
Bakıvaxtı.az xəbər verir ki, polis sözügedən şəxsin etirazçıların arasına sızaraq dinc aksiyaları iğtişaşa çevirməyə çalışdığını bildirib.
Həbs edilən şəxs mobil telefondan istifadə olunmasından, müxtəlif kəşfiyyat tapşırıqlarının icrasına qədər bir sıra məsələlərdə təlim keçdiyini etiraf edib.
O, işinə baxılması üçün ədliyyə orqanlarına təhvil verilib.