Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsində külli miqdarda pulu mənimsəməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Ş.F. adlı şəxs saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaq zamanı müəyyən edilib ki, 1981-ci il təvəllüdlü N.Q. adlı şəxs təqsirləndirilən şəxsə Azərbaycanda yaşayan dostuna köçürmək üçün 10 min ABŞ dolları məbləğində pul köçürməsi edib, Ş.F. isə həmin pulu qanunsuz olaraq mənimsəyib.
Məhkəmənin qərarı ilə Ş.F. təqsirləndirilən şəxs qismində tutulub.
Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməli 11 ilədək müddətə həbslə cəzalandırılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.