AZ

Alonso Rodriqonun gələcəyinə aydınlıq gətirdi

Madrid "Real"ının baş məşqçisi Xabi Alonso hücumçu Rodriqo Qoesin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Milli.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, mütəxəssis braziliyalı futbolçunun meydandakı çoxşaxəli oyununu və komanda üçün vacib fiqur olduğunu xüsusi vurğulayıb. Alonso bildirib ki, Rodriqo hücum xəttində bir neçə mövqedə çıxış edə bilir və bu, onun üstün cəhətlərindən biridir.

"Rodriqo çox yönlü futbolçudur. Həm cinahlarda, həm də mərkəzdə oynamaq bacarığı var. İlin sonuna yaxın ciddi irəliləyiş göstərdi, yüksək səviyyəli oyunlar keçirdi və hazırkı forması bizdə müsbət təəssürat yaradır", - deyə baş məşqçi qeyd edib.

Xabi Alonso, həmçinin Kilyan Mbappenin yoxluğunda Rodriqonun əhəmiyyətinin daha da artdığını vurğulayıb:
"O, bizim üçün digər oyunçular qədər önəmlidir. Mbappenin nə qədər müddət kənarda qalacağı hələ dəqiq deyil. Komandada müxtəlif hücum variantlarımız var və Rodriqo bu seçimlərdən biri ola bilər".

Qeyd edək ki, cari mövsümdə Rodriqo Qoes "Real"ın heyətində bütün turnirlər üzrə 21 matça çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, braziliyalı hücumçunun bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

Hüseyn
Milli.Az

Seçilən
132
2
milli.az

10Mənbələr