
İsrail Livanın cənubunda bir nəqliyyat vasitəsinə hava hücumu həyata keçirib, nəticədə iki nəfər həlak olub.
Missiya.Az xəbər verir ki, hadisə Nəbatiyyə qubernatorluğunun Bint Cbeyl bölgəsində, Xirbət Silm və Cümeymə şəhərləri arasındakı Ayn əl-Mizrab yolunda baş verib. Hücum dron vasitəsilə həyata keçirilib.
Livan Səhiyyə Nazirliyi isə hücum nəticəsində iki Livan vətəndaşının həyatını itirdiyini təsdiqləyib.
Seyranə QuliyevaMissiya.Az