Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ürək və böyrək xəstəlikləri olanlar, hamilələr və uşaqlar qırmızı ikradan imtina etməlidirlər.
Redaktor.az xəbər verir ki, bu erapevt Dmitri Demidik life.ru ilə müsahibəsində bildirib.
“İkranın qəbulu, xüsusilə spirtlə birlikdə istehlak edildikdə, təzyiqin yüksəlməsi və ürəyə əlavə yük yaratmaq riskini artırır”, - deyə həkim xəbərdarlıq edib. O əlavə edib ki, böyrək xəstəlikləri, xroniki böyrək çatışmazlığı və ödemə meyilli insanlara hətta bir-iki sendviç miqdarında ikra yemək tövsiyə olunmur. Yüksək duz tərkibi maye saxlanmasına səbəb olaraq ödem və təzyiqin artmasına gətirib çıxarır.
“Xroniki qastrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki xolesistit və pankreatit kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi zamanı qırmızı ikra tövsiyə olunmur, çünki o, mədə şirəsinin ifrazını stimullaşdıraraq ürəkbulanma və yanğıya səbəb ola bilər”, - deyə mütəxəssis izah edib.
Sağlam insanlar üçün ideal norma həftədə üç dəfə, bir xörək qaşığı ikradan çox olmamaqdır. Ən yaxşı vaxt isə səhər yeməyidir, gecə yox.
Aytəkin TOİFQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.