Çin Enerji İnşaat Korporasiyasına (“China Energy Engineering Group”) məxsus 45 konteynerlik fotovoltaik modullarla yüklənmiş Çin–Avropa yük qatarı Sian şəhərindən yola çıxıb. Bu barədə Azərtac məlumat yayıb.
Yanvarın 1-də yola düşən qatar Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi və ya Orta Dəhliz vasitəsilə Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstanı keçərək Xəzər dənizi yolu ilə Bakıya çatacaq.
Trans-Xəzər dəhlizi üzrə daşınma müddəti əvvəlki 15–23 gündən təxminən 11 günədək qısalaraq, qatarların hərəkəti daha da intensivləşib. 2019-cu ilin oktyabrından istifadədə olan marşrut üzrə 2025-ci ilin noyabrın sonuna qədər 466 qatar reysi həyata keçirilib.