AZ

Nazir Sabirabadda vətəndaşları bu tarixdə qəbul edəcək

ain.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 9-da saat 09:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Unikal" xəbər verir ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinləri Sabirabad DAİM-ə (050-5159841) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
10
unikal.az

10Mənbələr