AZ

ABŞ Ukrayna prezidentliyinə onu hazırlayır Rus politoloq

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Amerikalılar Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yeni rəhbəri Kiril Budanovu gələcəkdə ölkə başçısı postuna potensial namizəd kimi dəyərləndirə bilərlər”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Yuri Kot “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Budanov ABŞ üçün “özlərinə yaxın və anlaşılan fiqurdur”:

“Budanov müəyyən dərəcədə ambisiyalıdır və hakimiyyətə, pula və şöhrətə can atır ki, bu da onu Vaşinqton üçün məqbul namizədə çevirə bilər. Amerikalıların Zelenskiyə alternativ axtarması ehtimalı da istisna edilmir. Hazırda Ukrayna prezidentliyinə əsas iddiaçı sayılan Valeri Zalujnı Böyük Britaniyanın təsiri altında olan fiqur kimi qəbul edilir”.

Qeyd edək ki, Kiril Budanov Rusiya Federasiyasının Rosfinmonitorinq qurumu tərəfindən ekstremistlər və terrorçular siyahısına daxil edilib.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
50
globalinfo.az

10Mənbələr