2025-ci ilin on bir ayında Dövlət Miqrasiya Xidmətinə müvəqqəti və daimi yaşama icazələri ilə bağlı 80151 müraciət daxi olub. Bu barədə Anews.az-ın sorğusuna Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində
nəzərdə tutulmuş əsaslar mövcud olduqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış
müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş
sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
"Son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti
yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin 52-ci
maddəsində nəzərdə tutulmuş hallarda ölkə ərazisində daimi yaşamaq üçün icazə verilir.
Həmin şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin
müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya
Xidmətinə müraciət etməlidirlər.",- məlumatda bildirilib.
Ölkə ərazisində daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin
bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən
daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı
məhdudlaşdırılmır.
Aytac Zeynalova