AZ

Kiyev bölgəsində Rusiya hücumunun nəticələri: 10-dan çox evə ziyan dəyib, ölən var

Yanvarın 5-i gecəsi Kiyev bölgəsində hava hücumları nəticəsində bir yaşayış binası dağılıb, fərdi evlər, çoxmərtəbəli bina və avtomobillər zədələnib. Bir nəfər də həlak olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev regional polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu gün Rusiya qoşunları Kiyev bölgəsində yenidən hava hücumları təşkil edib. Yaşayış binası dağılıb, 13 fərdi ev, avtomobil və çoxmərtəbəli binaya ziyan dəyib", - polis bildirib.

Fastov rayonu ən çox ziyana məruz qalıb. Bir fərdi ev və bir nəqliyyat vasitəsi tamamilə dağılıb. Hücum nəticəsində bir yerli sakin həlak olub. Üç avtomobil, 12 fərdi ev və altı qaraj da zərər görüb.

Vışqorod rayonunda düşmən hücumu nəticəsində beşmərtəbəli yaşayış binasına ziyan dəyib. Sakinlər təxliyə edilib.

Obuxov rayonunda şəxsi evə dəyən ziyan qeydə alınıb.

Atəş yerlərində patrul polisinin reaksiya qrupları, istintaq qrupları, bomba zərərsizləşdirmə mütəxəssisləri və xilasedicilər işləyir.

Ukrayna polisi düşmən hücumunun nəticələrinin görüntülərini yayımlayıb.

QAZİLER.AZ

Seçilən
49
48
qaziler.az

10Mənbələr