AZ

Azərbaycan 6 ölkəyə yumurta satır - QİYMƏTLƏR, SİYAHI

Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycan xaricə ümumi dəyəri 6 milyon 466 min dollar olan 90 milyon 438 min ədəd təzə quş yumurtası ixrac edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yumurta ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 324 min dollar və ya 5,3%, miqdar ifadəsilə isə 16 milyon 296 min ədəd, başqa sözlə 22% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 6 milyon 142 min dollar dəyərində 74 milyon 142 min ədəd yumurta ixrac olunmuşdu.

Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi bir ədəd yumurtanın orta ixrac qiyməti 12,2 qəpik (7,2 sent) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 14,1 qəpik (8,3 sent) idi. Bu da illik müqayisədə 1,9 qəpik və ya 13,5% ucuzlaşma deməkdir.

Hesabat dövründə  Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 3 milyon 463 min dollar dəyərində 54 milyon 528 min ədəd yumurta ixrac edib.

 BƏƏ-yə yumurta ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 564 min dollar və ya 82,3%, miqdar ifadəsilə isə 30 milyon 120 min ədəd, başqa sözlə 2,2 dəfə artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində BƏƏ-yə 1 milyon 900 min dollar dəyərində 24 milyon 408 min ədəd yumurta ixrac olunmuşdu.

Bu il BƏƏ-yə ixrac edilən bir ədəd yumurtanın orta qiyməti 10,8 qəpik (6,4 sent) olub. Ötən il isə bu rəqəm 13,2 qəpik (7,8 sent) idi ki, bu da 18,2% ucuzlaşma deməkdir.

Amerika Birləşmiş Ştatlarına 2 milyon 846 min dollar dəyərində 33 milyon 499 min ədəd yumurta ixrac edib.

 ABŞ ötən il Azərbaycanın yumurta ixrac etdiyi ölkələr sırasında olmasa da, bu il birbaşa ikinci ən böyük bazara çevrilib. Bu ilki ümumi yumurta ixracı gəlirlərinin 44%-i məhz ABŞ-ın payına düşür.

Bu il ABŞ-a ixrac edilən bir ədəd yumurtanın orta qiyməti 14,4 qəpik (8,5 sent) təşkil edib.

Bu ilin ilk 10 ayında ötən ilin eyni dövründən fərqli olaraq Azərbaycandan Rusiyaya yumurta ixracı qeydə alınmayıb.

2024-cü ilin yanvar-oktyabr aylarında Rusiya Azərbaycanın əsas yumurta bazarı idi və bu ölkəyə 4 milyon 157 min dollar dəyərində 48 milyon 654 min ədəd yumurta ixrac olunmuşdu. Bu, ötən ilki ümumi yumurta ixracı gəlirlərinin 68%-i demək idi.

Ötən il Rusiyaya ixrac edilən bir yumurtanın orta qiyməti 14,5 qəpik (8,5 sent) təşkil edirdi.

Hesabat müddətində Azərbaycan İraqa 21 min dollar dəyərində 360 min ədəd yumurta ixrac edib.

İraqa yumurta ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 64 min dollar və ya 75,3% (4 dəfə), miqdar ifadəsilə isə 720 min ədəd, başqa sözlə 66,7% (3 dəfə) azalıb.

eyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində İraqa 85 min dollar dəyərində 1 milyon 80 min ədəd yumurta ixrac olunmuşdu.

Bu il İraqa ixrac edilən bir ədəd yumurtanın orta qiyməti 9,9 qəpik (5,8 sent) olub. Ötən il isə bu rəqəm 13,4 qəpik (7,9 sent) idi ki, bu da 26,1% ucuzlaşma deməkdir.

Bu il Azərbaycan yumurta ixracının coğrafiyasını genişləndirərək bir neçə yeni bazara çıxıb.

Qambiya: Bu ölkəyə 55 min dollar dəyərində 899 min ədəd yumurta ixrac edilib. Bir yumurtanın orta qiyməti 10,4 qəpik (6,1 sent) təşkil edib.

Syerra-Leone: Bu ölkəyə 51 min dollar dəyərində 792 min ədəd yumurta ixrac edilib. Bir yumurtanın orta qiyməti 10,9 qəpik (6,4 sent) təşkil edib.

Qətər: Bu ölkəyə 30,5 min dollar dəyərində 360 min ədəd yumurta ixrac edilib. Bir yumurtanın orta qiyməti 14,4 qəpik (8,5 sent) təşkil edib.


Seçilən
49
9
fed.az

7Mənbələr