AZ

Vinisius yenə “Real” fanatlarını qəzəbləndirdi

“Real”ın hücumçusu Vinisius “Betis”lə oyunda “Santyaqo Bernabeu” tribunalarından yenidən fitə basılıb.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu məhsuldar fəaliyyəti ilə seçilmədiyi 19-cu turun “Betis”lə 5:1 hesablı matçında 77-ci dəqiqədə əvəzlənib. Vinisiusun klub və milli komanda səviyyəsində qolsuz seriyası 18 oyuna çatıb və bu ardıcıllıq 10 oktyabrdan bəri davam edir.

Bildirilir ki, oyun boyu Vinisius hər top itkisində və ya sonadək aparılmayan sürətli çıxışlarında tribunaların narazılığı ilə üzləşib. Azarkeşlər futbolçudan daha yüksək intensivlik tələb ediblər.

Oyundan sonra “Real”ın baş məşqçisi Xabi Alonso Vinisiusun çıxışını müsbət qiymətləndirib və fitə basılması ilə bağlı mövqeyini bildirməyib.

Seçilən
111
36
publika.az

10Mənbələr