AZ

Azərbaycanda ən çox bazar payına malik mobil telefon markaları - SİYAHI

Bakı. Trend:

Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.

Trend-in“Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə,“Apple" smartfonları ötən ilin dekabr ayında mobil cihazlar üzrə27,91 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.

Ötən ilin noyabr ayına olan göstərici ilə müqayisədə “Apple"markasının Azərbaycanda bazar payı 0,24 faiz bəndi, 2024-cü ilindekabr ayına nisbətən isə 1,87 faiz bəndi artıb.

Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfonbrendlərinin siyahısında "Samsung” ikinci yerdə olub. Belə ki, bumarkalı smartfonların Azərbaycanda bazar payı əvvəlki aylamüqayisədə 0,65 faiz bəndi, 2024-cü ilin dekabr ayına nisbətən isə3,29 faiz bəndi azalaraq 20,01 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Xiaomi” qərarlaşıb. Belə ki, bubrendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələnisbətən 0,21 faiz bəndi, 2024-cü ilin dekabr ayı ilə müqayisədəisə 1,52 faiz bəndi azalaraq 10,29 faizə bərabər olub.

Siyahıda 4-cü pillədə 9,32 faiz bazar payı ilə “Unknown”smartfonları mövqelənib. Bu göstərici isə bir ay əvvəllə müqayisədə0,31 faiz bəndi, 2024-cü ilin eyni dövrünə nisbətən isə 3,14 faizbəndi çoxdur.

Ötən ilin dekabr ayı üzrə digər smartfonların Azərbaycanda bazarpayı isə 32,47 faiz bəndi təşkil edib.

Məqalədə:
Seçilən
13
50
az.trend.az

10Mənbələr