AZ

Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.
 
Bu barədə Moderator.az-a AVF-dən məlumat verilib.
 
O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Altekma" və Niderlandın "Slidrext" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
 
Qeyd edək ki, yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.
 
Seçilən
142
50
moderator.az

10Mənbələr