"Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə Rusiya Prezidenti Vladimir Putin yaşlı nəslin şərəfini qoruyaraq gənc cüdoçunu sınağa çəkdi.Azərbaycan Prezidenti İlham Əliyev də fiziki cəhətdən güclüdür; o, müntəzəm surətdə məşqlə məşğuldur.Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də yaxşı formadadır. Ermənistanın Baş naziri Nikolay Paşinyan velosipedçi, Belarus Prezidenti Aleksandr Lukaşenko isə xokkey ustasıdır. Tacikistan Prezidenti Emoməli Rəhmon təcrübəli dəniz döyüşçüsüdür. Hər hansı həmkarımım səhhəti ilə əlaqədar şikayəti yoxdur, onlar əla vəziyyətdədirlər".

(Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müsahibə verərkən)
Kasım-Jomart Tokayev həmçinin diqqətə çatdırıb ki, özünün səhhəti də qaydasındadır. O, 9 kiloqram arıqladığınə, qan təzyiqini nəzarətdə saxladığını, hər gün yoqa məşqləri keçirdiyini, həftədə iki dəfə isə peşəkar oyunçu ilə stolüstü tennis oynadığını bildirib.
Firudin Həmidli
AzVision.az