Vətəndaşlar OBA marketlər şəbəkəsində vaxtı keçmiş məhsulun satıldığını iddia edirlər.
NOCOMMENT.az xəbəri verir ki, bu barədə sosial şəbəkələrdə daha bir video paylaşılıb.
Videoda Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən OBA marketdə şokoladın köhnə oldu bildirilib.
Məhsulun köhnə və yararsız vəziyyətdə olduğunu bildirirən şikayətçi şokoladı geri qaytarmaq üçün mağazaya qayıtdıqda, işçilər ona “sabah gələrsən, müdir olsun, baxarıq”, deyərək geri almaqdan imtina ediblər.
Videoda məhsulun köhnə və istifadə üçün yararsız vəziyyətdə olduğu görünür.
Videonu təqdim edirik: