ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskı “80 faiz superdahi” kimi xarakterizə edib və onun da bəzən səhvlər etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı danışıb.
“İlon möhtəşəmdir. Mən İlon barədə deyirəm ki, o, "80 faiz superdahidir", qalan 20 faizi isə səhvlər edir. Amma o, yaxşı insandır və ən yaxşı niyyətlərlə hərəkət edir”, - deyə ABŞ lideri qeyd edib.
Trampın bu açıqlaması Maskın innovasiya və texnologiya sahəsindəki fəaliyyətinə verdiyi yüksək dəyəri, eyni zamanda onun da insan olaraq səhvlərdən sığortalanmadığını vurğulaması kimi qiymətləndirilir.
Aytəkin TOFİQQIZI