AZ

"Kallas Trampın mövqeyini dəyişə bilməyəcək" -Pentaqonun keçmiş əməkdaşı

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Venesuelaya qarşı hücumu dəstəkləməklə ABŞ Prezidenti Donald Trampı Ukrayna münaqişəsində öz mövqeyinə cəlb etməyə çalışır.

Redaktor.az xəbər verir ki, bu fikri Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor səsləndirib.

Makqreqor bildirib ki, Kallas müəyyən təcrübə qazanıb, lakin Trampı Ukrayna məsələsində mövqeyini dəyişməyə və onu öz maraqları naminə istifadə etməyə nail ola bilməyəcək.

“Trampın bu cür hiyləyə uyması üçün heç bir dəlil görmürəm. Mən bunu daha əvvəl də demişəm: onun bu prosesin necə həyata keçiriləcəyinə dair strateji baxışı var”, – deyə Makqreqor vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
82
14
redaktor.az

10Mənbələr