Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qazaxıstanın Taraz şəhərindəki “Mart” ticarət mərkəzinin işçiləri və ziyarətçiləri minalama ilə bağlı daxil olan məlumatdan sonra təxliyə edilib.
AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, hadisə yerində polis əməkdaşları və fövqəladə xidmətlər nümayəndələri işləyir.
Jambil vilayət Polis Departamentinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 4-də Tarazdakı “Mart” ticarət mərkəzinə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.
Qeyd olunur ki, regional polis departamentinin və digər fövqəladə xidmətlərin əməkdaşları dərhal hadisə yerinə yollanıb.
İdarə vətəndaşları sakit olmağa, yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə və müvəqqəti məhdudlaşdırıcı tədbirlərə anlayışla yanaşmağa çağırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.