Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 2025-ci ilin yanvar-noyabr ayları ərzində 36 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayına istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 15.9 milyon ABŞ dolları və ya 30.6% azdır.
Qeyd edək ki, "Azərpambıq" 2024-cü ilin yanvar-noyabr aylarında ixracdan 51.9 milyon ABŞ dolları gəlir əldə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!