Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin yanvar ayında ölkədə baş verən iğtişaşların kənardan idarə olunduğunu bildirib.
Doğru.az xəbər verir ki, Tokayev bu barədə “Türküstan” qəzetinə verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, iğtişaşların təhrikçiləri özlərini “inqilab mütəxəssisləri” adlandıran qrupların nəzarəti altında hərəkət ediblər. Prezident qeyd edib ki, hökumətin yanacaq qiymətlərini qaldırmaqla bağlı qərarından istifadə edilərək kütləvi nümayişlər təşkil olunub.
Tokayev xatırladıb ki, həmin hadisələr Qazaxıstan üçün ciddi dərs olub. O, daha əvvəl də vurğulamışdı ki, 2022-ci ilin yanvar etirazları ölkədə ikili hakimiyyətin olmamasının vacibliyini və dövlət başçısının “Uca Tanrının kölgəsi” deyil, məsuliyyət daşıyan dövlət idarəçisi olmalı olduğunu göstərib.
DOĞRU.AZ