AZ

“Twitter” və “Pinterest”in həmtəsisçiləri “şüurlu həyat” üçün nəzərdə tutulmuş yeni sosial şəbəkə üçün $29 milyon cəlb ediblər

Biz Stoun və Evan Şarp 2023-cü ildə San-Fransiskoda “West Co.” şirkətini təsis ediblər. “Financial Times”ın tanış olduğu sənədlərə əsasən, onlar 29 milyon ABŞ dolları həcmində investisiya cəlb ediblər.

“West Co.”nun saytındakı təsvirə görə, şirkət insanlara “daha şüurlu yaşamağa” kömək edəcək alətlər üzərində işləyir. 2025-ci ilin noyabrında şirkət ilk məhsulunu — “yeni tip sosial şəbəkə” kimi təqdim etdiyi “Tangle” adlı tətbiqi istifadəyə verib.

Xidmət istifadəçilərə şəxsi məqsədlərini dostları ilə paylaşmaq, digər istifadəçilərin “niyyətlərini” dəstəkləmək və onlara necə nail olmağı düşünmək imkanı yaradır. “Financial Times” yazır ki, tətbiq hazırda yalnız dəvət əsasında əlçatandır. Stounun sözlərinə görə, tətbiq hələ erkən test mərhələsindədir və tam ictimai istifadəyə verilməzdən əvvəl dəyişə bilər.

“West Co.”nun təsisçi komandasında yer alan bir neçə üzv daha əvvəl də “Twitter” və “Pinterest-“ə çalışıb. Nəşr şirkət haqqında başqa detallar təqdim etmir.

Seçilən
78
32
banker.az

10Mənbələr