Violonçel ifaçısı Brayan Kinq Cozef məşhur aktyor Uill Smiti cinsi xarakterli zorakılıq iddiası ilə məhkəməyə verib.
Kulis.az xəbər verir ki, iddia Los-Anceles məhkəməsinə təqdim olunub.
Sənədlərdə qeyd edilir ki, aktyor Cozefin etimadını qəsdən qazanaraq ona qarşı qeyri-etik davranışlar nümayiş etdirib. İddiada vurğulanır ki, Smitin əvvəlki açıqlamaları və otel otağında baş verənlər ayrı-ayrı hallar deyil, sistemli və yırtıcı davranışın göstəricisidir.
Məlumata əsasən, hadisə 2025-ci ildə Las-Veqasda yaşanıb. Uill Smit violonçel ifaçısını musiqi turu üçün əməkdaşlığa cəlb edib. Cozef iddia edir ki, onun yoxluğunda naməlum şəxs otel otağına daxil olaraq qeyd buraxıb. Qeyddə səhər tezdən qayıdılacağı və onların tək qalacağı yazılıb, mesaj isə ürək işarəsi və “Stone F” imzası ilə tamamlanıb.
Baş verənlərlə bağlı işəgötürəninə müraciət edən Cozef sonradan işdən uzaqlaşdırılıb. O, hazırda aktyordan mənəvi sarsıntı, maddi itki və nüfuzuna dəyən ziyana görə təzminat tələb edir.