Bakı.Trend:
Cari ilin dekabr ayında Google Azərbaycanda ən populyar axtarışsistemi mövqeyini qoruyub saxlayaraq 83,75 faiz paya malikolub.
Trend-in "GlobalStats" statistika mərkəzindən əldə etdiyi məlumata görə, "Google"unbazar payı cari ilin oktyabr ayı ilə müqayisədə 4,37 faiz bəndiartıb.
Hesabat dövründə “Yandex” axtarış sisteminin payı 4,48 faizbəndi azalaraq 13,86 faiz təşkil edib.
Oktyabr ayında "Bing"in payında 0,01 faiz bəndi artım qeydəalınaraq 1,6 faizə çatıb, "Yahoo"nun göstəricisi isə 0,04 faizbəndi azalaraq 0,27 faiz olub.