AZ

"Maduronu qoruyan Kuba vətəndaşları öldü"

Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı ABŞ-ın Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

Milli.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Bilirsiniz, yanvarın 3-də çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü", - Tramp bildirib.

"Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü", - ABŞ lideri əlavə edib.

Qeyd edək ki,yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Milli.Az

Seçilən
96
50
milli.az

10Mənbələr