Siyəzən sakini mağazada ölüb.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Azər Məmməd oğlu Məmmədovun icarə əsasında işlətdiyi Siyəzən rayonu, Qalaşıxlı kəndində "Beşbarmaq pirinin altı" adlanan ərazidə yerləşən marketdə qəflətən halı pisləşib. O, mağazada dünyasını dəyişib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.