Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bayram tətili günlərində (31.12.2025-05.01.2026-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.
Bu barədə Bakıvaxtı.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-ı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Ölüm faktı qeydə alınmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.