Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bəzi biznesmenlərin ictimai rəyi manipulyasiya etməyə çalışaraq özlərini siyasi rejimin "qurbanları" kimi təqdim etdiklərini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə prezident "Türkistan" qəzetinə verdiyi müsahibədə danışıb.
"Qazaxıstan dünya ictimaiyyətinə göstərir ki, biz yalnız beynəlxalq hüququn çərçivəsində fəaliyyət göstəririk. Lakin bəzi "işadamları" ictimai rəyi manipulyasiya etməyə çalışır və xaricdə özlərini siyasi rejimin qurbanı kimi təqdim edir, "investor" kimi hüquqlarının pozulmasından danışırlar", - deyə Qazaxıstan rəhbəri vurğulayıb.
Tokayev həmçinin qeyd edib ki, ölkə "hüquqi sahədə dürüst dialoqa hazırdır, çünki öz mövqeyinin düzgünlüyünə əmindir". O, Qazaxıstanın gələcəkdə də cəlbedici investisiya yurisdiksiyası statusunu gücləndirəcəyini əlavə edib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.