AZ

Ulduz futbolçunun sevgilisi döyüldü, uşağı divara ÇIRPILDI FOTOlar

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Fransalı futbolçu Teo Hernandezin İtaliyada çıxış etdiyi dövrdə yaşadığı ağır hadisə ilə bağlı yeni detallar üzə çıxıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun sevgilisi Zoe Kristofoli bu barədə "Today" nəşrinə danışıb. Onun sözlərinə görə, 2022-ci ildə Milan şəhərində yerləşən evləri silahlı şəxslər tərəfindən qarət edilib.

Kristofoli bildirib ki, hadisə axşam saatlarında, evdə dayə və azyaşlı övladı ilə birlikdə olarkən baş verib. Soyğunçular qarajdan evə daxil olaraq ona hücum ediblər. Qadının sözlərinə görə, övladının gözü qarşısında döyülüb, daha sonra isə uşaq divara çırpılıb.

"Bu, bizim yeni köçdüyümüz ev idi. Şam yeməyi yeyirdik. Silahı başıma dayayıb təhlükəsizlik kodunu istədilər və səhv daxil etsəm, məni öldürəcəklərini dedilər. Evdə seyfdə Teoya məxsus qiymətli əşyaların olduğunu bildiyim üçün özümü günahkar hiss edirdim", - deyə Kristofoli qeyd edib.

O əlavə edib ki, hadisə zamanı evdə olan bütün qiymətli əşyalar soyğunçular tərəfindən aparılıb.

Qeyd edək ki, hazırda 28 yaşlı Teo Hernandez Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edir. Müdafiəçi Fransa milli komandası ilə 2022-ci il dünya çempionatının gümüş, 2024-cü il Avropa çempionatının isə bürünc medalını qazanıb. O, karyerası ərzində "Atletiko Madrid", "Real Madrid" və "Milan" kimi klubların da formasını geyinib.

Hüseyn

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
21
news.milli.az

10Mənbələr