AZ

Martda 13 qeyri-iş günü olacaq

Bakı. Trend:

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahətgünləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur.

Trend-inməlumatına görə, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününətəsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədarmart ayında uzunmüddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə vəbazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləridə müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimiqeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraqşənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri dəqeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri iləüst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-işgünü sayılacaq.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə vəbazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günüolacaq.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla)ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Ümumilikdə isə 2026-cı ilin martında 13 qeyri-iş günü qeydəalınacaq.

Seçilən
60
50
az.trend.az

9Mənbələr