AZ

“Mançester Siti” İngiltərə Premyer Liqasında məğlubiyyətsiz seriyasını səkkiz oyuna çatdırıb

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti” İngiltərə Premyer Liqasının 20-ci turunda “Çelsi” ilə 1:1 hesablı heç-heçə edib və bununla da çempionatda məğlubiyyətsiz seriyasını səkkiz oyuna yüksəldib.

İdman.Biz xəbər verir ki, Xosep Qvardiolanın komandası üçün bu seriya 13-cü turda “Lids Yunayted”lə 3:2 hesablı oyundan başlayıb.

Bundan sonra “şəhərlilər” “Fulhem”i (5:4), “Sanderlend”i (3:0), “Kristal Palas”ı (3:0), “Vest Hem Yunayted”i (3:0) və “Nottingem Forest”i (2:1) məğlub ediblər.

Çempionatın ikinci dövrəsində “qara pişiklər”lə oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb, indi isə bu seriyaya “mavilər”lə matç da əlavə olunub.

Növbəti turda “Mançester Siti” yanvarın 7-də “Brayton”u qəbul edəcək.

“Mançester Siti” 42 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
50
icma.az

10Mənbələr