AZ

Tokayev Nazarbayevin devrilməsindən danışdı

BAKI, 5 yanvar. TELEQRAF

“2022-ci ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar “inqilablar üzrə mütəxəssislər”in kuratorluğu altında həyata keçirilib”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“İğtişaşların təşəbbüskarları “inqilablar üzrə mütəxəssislər”in kuratorluğu altında hökumətin yanacaq qiymətlərini artırmaq qərarından istifadə etdilər və insanları kütləvi nümayişlərə çıxmağa təhrik etdilər”, - Tokayev bildirib.

Xatırladaq ki, sözügedən iğtişaşlar Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin istefası ilə nəticələnmişdi.

Seçilən
50
50
teleqraf.com

3Mənbələr