Bakı. Trend:
5-11 yanvar tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3)sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.10 MeV-dənçox enerji yüklü proton seli üçün də 07 yanvarda S1 səviyyəliproton qasırğası ehtimalı var.
Trend xəbərverir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı AstrofizikaRəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş küləyinin sürətinin 07 yanvaradək nominalqiymətə geri dönəcəyi, sonra isə yenidən yüksələcəyigözlənilir.
Geomaqnit sahəsi – 31 dekabr və 01 yanvarda qeyd olunan TKA-ıntəsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olmasıehtimalı var. Sonra isə geomaqnit sahəsinin intensivliyinin sakitvə qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.