AZ

Xamenei Rusiyaya qaçmağı planlaşdırır - KİV

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi halı üçün ehtiyat plan hazırladığı bildirilib.

Missiya.Az xəbər verir ki, bu barədə “The Times” qəzeti kəşfiyyat hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Xamenei 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir.

Məlumata görə, sözdə “B planı” Xameneinin oğlu və ehtimal olunan varisi Müctəba Xamenei ilə yanaşı, ən yaxın müttəfiqlərinin də ölkədən çıxarılmasını əhatə edir.

“Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb, təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib”, - deyə vurğulanıb.

Qəzetin yazdığına əsasən, iyun ayında İsraillə baş vermiş 12 günlük müharibədən sonra Xamenei fiziki və psixoloji baxımdan zəifləyib.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
127
15
missiya.az

10Mənbələr