Ermənistanın Baş naziri Nikol Paşinyan on erməni yepiskopu ilə **Erməni Apostol Kilsəsi**nin fəaliyyətinin yenilənməsini nəzərdə tutan “yol xəritəsi”ni imzalayıb.
Sənədə əsasən, kilsədə islahat proqramının ictimai şəkildə elan olunması, hazırkı “legitim olmayan” kilsə rəhbərinin vəzifədən kənarlaşdırılması və Katolikosat üçün müvəqqəti rəhbərin (yer tutanın) seçilməsi nəzərdə tutulur.
“Yol xəritəsi” həmçinin Erməni Apostol Kilsəsinin yeni Nizamnaməsinin qəbulunu və bunun ardınca bütün ermənilərin Katolikosunun seçkilərinin keçirilməsini ehtiva edir.
N.Təbrizli