AZ

Putin ordusu içərisində 70 nəfər olan xəstəxananı vurdu...- Ölən var...

5 yanvar 2026-cı il gecəsi Rusiya qüvvələri Kiyevə zərbə dronları ilə növbəti hücum edib. Obolonski rayonunda özəl tibb müəssisəsinə hücum qeydə alınıb.
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu haqda Obolonski rayon dövlət administrasiyasının rəhbəri Kiril Fesik məlumat açıqlayıb.
 
Rəsmi məlumata görə, hücum zamanı klinikada işçilər və xəstələr də daxil olmaqla təxminən 70 nəfər olub. Dronların zərbəsi nəticəsində azı bir nəfər həlak olub.
 
Zərbələrdən sonra  nəticələrin aradan qaldırılma işləri hazırda da davam edir. Xilasedicilər və bütün müvafiq xidmətlər hadisə yerində işləyir, insanların təhlükəsiz təxliyəsini təmin edir və ərazini yoxlayır.
Seçilən
88
50
moderator.az

10Mənbələr