Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub.
Sportinfo.az xəbər verir ki, turnir gələn il oktyabrın 17-18-də Bakı İdman Sarayında təşkil olunacaq.
Yarışda 35 ölkənin iştirakı planlaşdırılır. Qadınlar və kişilər arasında keçiriləcək çempionatda ən aktual çəki dərəcələri 85, 100, 115, +115
kiloqram və açıq çəki dərəcələridir. Dünya çempionatında komanda yarışı da təşkil olunacaq.