ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Rus qoşunları şəhərləri ələ keçirmək üçün yeni bir sxem qəbul ediblər. Bunu rusların hazırda işğal etməyə çalışdığı Pokrovsk nümunəsində görmək olar.
Axar.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutunun analitiki Corc Barros "Vaşinqton Post" qəzetində dərc olunmuş məqaləsində şəhər uğrunda gedən döyüşü təhlil edərək yazıb.
Barros qeyd edib ki, Pokrovskun gələcək işğalı Rusiyaya kiçik taktiki üstünlüklər gətirəcəksə də, şəhəri ələ keçirmək kampaniyası rus qoşunlarının bu taktikaya öyrənib, uyğunlaşdığını göstərir:
"Əgər bu dayandırılmasa, Ukrayna bir müddət sonra ciddi problemlərlə üzləşə bilər. Kreml Rusiyanın döyüş meydanındakı irəliləməsini qaçılmaz kimi göstərmək üçün Pokrovskın ələ keçirilməsinin əhəmiyyətini şişirtməklə məşğuldur. Bu qaçılmazlıq planı ABŞ prezidenti Donald Trampın danışıqlar qrupunun bəzi üzvləri tərəfindən də paylaşılır", - deyə analitik qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.