AZ

Bayramdan sonra sağlamlığa qayıdış: Mütəxəssisdən vacib tövsiyələr

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bayram süfrəsindən sonra orqanizmin təhlükəsiz şəkildə bərpa olunması üçün “qənaətli qidalanma” prinsipinə əməl etmək, orta səviyyəli fiziki aktivliyi artırmaq və su balansını bərpa etmək lazımdır. 

Redaktor.az xəbər verir ki, bu haqda tibb elmləri namizədi Oleq Morunov lenta.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, su balansını bərpa etmək üçün təmiz, ilıq suyu az-az qurtumlarla içmək tövsiyə olunur. Həmçinin şəkərsiz quru meyvə və ya itburnu kompotları da faydalıdır.

Oleq Morunov bayramlardan sonra “qənaətli qidalanma” prinsipinə riayət etməyi də məsləhət görüb. Belə ki, rasiondan qızardılmış, acı və hisə verilmiş yeməklər çıxarılmalıdır. Həkimin sözlərinə görə, qidalanmanın əsasını suda bişirilmiş yulaf və düyü sıyıqları, tərəvəz və meyvələr (mülayim miqdarda), az yağlı kefir və kəsmik təşkil etməlidir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
7
redaktor.az

9Mənbələr