Bakı Apellyasiya Məhkəməsində "BTB Bank" ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayev və Sergey Qrinkeviçin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2025-ci ilin martında baş verib. "BTB Bank" ASC-nin depozit otağından 316 min manat və 32 ABŞ dolları oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla oğurluqda şübhəli bilinənlər - Aleksey Babayev və Sergey Qrinkeviç saxlanılaraq istintaqa cəlb olunublar.
Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 29.177.4-cü (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aleksey Babayev və Sergey Qrinkeviçin hər biri 12 il azadlıqdan məhrum edilib.
Kamal Məmmədov