AZ

Tramp: ABŞ Venesuelada vəziyyətə nəzarət edir

Vaşinqton, 5 yanvar, AZƏRTAC

“ABŞ Venesuelada vəziyyətə nəzarət edir”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evə dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. Tramp hazırda orada hakimiyyətdə olan insanlarla təmasda olduqlarını bildirib.

ABŞ lideri hələ də prezident səlahiyyətlərini idarə edən Delsi Rodrigezlə şəxsən danışmadığını, lakin başqalarının onunla artıq əlaqə yaratdığını vurğulayıb. O, Rodrigezin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib.

"Venesuela hazırda ölü bir ölkədir. Biz onu geri qaytarmalıyıq və infrastrukturu işlək vəziyyətə gətirmək üçün neft şirkətlərinin böyük investisiyalarına ehtiyacımız olacaq",- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
103
47
azertag.az

10Mənbələr