AZ

Qonsalo Qarsiya: “Bəzi uşaqlar hələ topun üzərinə imza atmayıblar”

İspaniyanın “Real Madrid” komandasının hücumçusu Qonsalo Qarsiya La Liqanın 18-ci turunda “Betis” üzərində 5:1 hesablı qələbə ilə başa çatan oyunda vurduğu het-trikdən sonra emosiyalarını bölüşüb.

İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu klubun rəsmi saytına açıqlamasında bu matçın onun üçün xüsusi əhəmiyyət daşıdığını və het-trikin karyerasında unudulmaz an olduğunu bildirib.

“Bu, xüsusi bir gün idi. Çox xoşbəxtəm, nə gözəl il başlanğıcıdır. Bernabeuda ilk het-trikimdir və bu ildə vurduğum ilk qollardır. Həyəcanlıyam və ümid edirəm ki, bu, gələcək qol seriyasının yalnız başlanğıcıdır.

Üç qolun hamısına sevinirəm. Yalnız birini seçmək mümkün deyil. Komandadakı bəzi uşaqlar hələ topun üzərinə imza atmayıblar, bir neçə avtoqraf da istəməli olacağam. Amma hamıya minnətdaram, çünki onların köməyi olmasaydı, bu gün vurduğum qollardan heç biri mümkün olmazdı”, - deyə Qarsiya söyləyib.

İdman.Biz
Seçilən
112
14
idman.biz

9Mənbələr