AZ

Avtomobildən meyit tapıldı: Minlərlə insanın həyatını xilas edən həkim öldürülüb

Rusiyanın Surqut şəhərində məşhur həkim ölü tapılıb.

Publika.az xəbər verir ki, minlərlə insanın həyatını xilas edən təcili yardım həkimi Yuri Presnyakovun meyiti şəxsi avtomobilində aşkarlanıb.

64 yaşlı həkimin bıçaq yarası aldığı məlum olub.

Həkimin ölümü ilə bağlı araşdırma başladılıb. Şübhəlinin şəxsiyyəti və motivi müəyyənləşdirilir.

Jurnalistlərin məlumatına görə, Yuri Presnyakovun 42 illik tibbi təcrübəsi var idi. Həmkarları və şəhər sakinləri onun peşəkarlığını və xəstələrə qarşı insanpərvər münasibətini yüksək qiymətləndiriblər.

Seçilən
45
50
publika.az

10Mənbələr