AZ

PSJ-dən çətin qələbə

Fransa Liqa 1-in 17-ci turu çərçivəsində PSJ və “Paris” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Paris şəhərində yerləşən “Park de Prens” stadionunda baş tutan oyunda PSJ 2:1 hesablı qələbə qazanıb. Matçın baş hakimi Mets şəhərindən olan Benua Bastiyen olub.

Görüşdə hesabı 45-ci dəqiqədə Dezire Due açaraq meydan sahiblərini önə çıxarıb. 51-ci dəqiqədə Vilem Jebbel penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Cəmi iki dəqiqə sonra, 53-cü dəqiqədə Usman Dembele fərqlənərək PSJ-yə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra PSJ 39 xalla Fransa çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Paris” komandası isə 16 xalla 15-ci yerdə mövqeyini qoruyur.

Seçilən
78
9
90deqiqe.az

10Mənbələr