AZ

KİV: Niger Beninin yüksək vəzifəli diplomatını ölkədən çıxarıb

Niger hakimiyyəti Benin səfirliyinin baş müşaviri Seydu İmuraneni "persona non qrata" elan edib və ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.

"Report"un xəbərinə görə, bu barədə APA ("Agence de Presse Africaine") agentliyi Nigerin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Xarici İşlər Nazirliyi öz şərhində tədbirin cavab xarakterli olduğunu və qarşılıqlılıq prinsipinə əsaslandığını qeyd edib. Benin bir neçə gün əvvəl Nigerin kəşfiyyat xidmətinin nümayəndəsini və Niger səfirliyində işləyən polis komissarını ölkədən çıxarıb. APA-nın məlumatına görə, Benin hakimiyyəti onları "təxribatçı fəaliyyət"də şübhəli bilib.

Beninin Nigerdəki səfirliyi 5 yanvardan etibarən fəaliyyətini dayandırdığını açıqlayıb. Bəyanatda bunun "diplomatik missiyadan asılı olmayan hallar" səbəbindən baş verdiyi qeyd edilib.

Agentlik qeyd edir ki, iki ölkədən səfirlik işçilərinin qarşılıqlı olaraq çıxarılması Afrika mediasında Nigerin Benində uğursuz çevriliş cəhdində mümkün iştirakı ilə bağlı qeyri-rəsmi məlumatlar fonunda baş verib.

Seçilən
125
8
far.az

10Mənbələr